15 Oktyabr 2015 14:23
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rədd ol mənim məmləkətimdən!”

Xalq artisti Aygün Kazımova müğənni Natavan Həbibinin onun ölkədən kənara çıxması ilə bağlı fikirlərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, xalq artisti bu barədə sosial şəbəkədə yazıb: “Azərbaycanımızın qanunları hər bir Azərbaycan vətəndaşı üçün qanundur. Elə mən özüm başda olmaqla. Mənə savadsız deyənin isə özü savadsızın yekəsidir. Gedin, qanunları yaxşı yaxşı öyrənin! Mənim vətənimdə “Hayastan” siyasəti aparma. Rədd ol mənim məmləkətimdən”.


Qeyd edək ki, Natavan Həbibi Aygün Kazımovanın ölkədən çıxması ilə bağlı bildirmişdi ki, hər kəs Azərbaycan qanunlarına tabe olmalıdır: "Kimsə Afrikaya, Marsa da getsə, geri dönüşü var".


Qeyd edək ki, məhkəmə Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyub. Lakin Aygün Kazımova ötən gün axşam saatlarında Türkiyəyə gedib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər