Müğənni Emin Bədəlov toy bazarından danışıb.
O, Teleqraf.com-a açıqlamasında bunları deyib: “Hazırda toylar azdır. Tək mənim deyil, həmkarlarımın da toyları azdır. Ona görə deyinmirəm, şikayət etmirəm. Şükür Allaha, hər şey yaxşıdır”.
Müğənni yeni bizneslə məşğul olacağını da bildirib: “Çay evini bir müddət təxirə salmışam. Əslində, başqa bizneslə məşğul olmaq istəyirəm. Biznesim restoran sahəsində olacaq. Hələ ki, bu barədə ətraflı danışmaq istəmirəm”.
Rəqsanə