Xalq artisti Nisə Qasımovanın Qarabağ bölgəsində çıxışı davam edir.
Teleqraf.com xəbər verir ki, sənətkar Füzulidə, Horadiz şəhərində konsert verib.
O, repertuarında yer alan köhnə və yen mahnıları oxuyub. Onu səhnədə İsmayıl Əlizadənin rəhbərlik etdiyi “Kainat” instrumental ansamblı müşayiət edib.
Hazırda Ağdam rayonunun Quzanlı kəndində olan Xalq artisti sabah orada yerləşən N saylı hərbi hissədə növbəti konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, N.Qasımovanın Milli Qurtuluş gününə həsr etdiyi konsert Müdafiə Nazirliyinin xəttilə həyata keçirilur.
Aysel Şirinzadə