Kristina adlı kök qadın arıqlamaq sahəsində rekord vurub.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, piylənmədən əziyyət çəkən qadın 2 il ərzində 229 kiloqram çəki “təhvil verib”.
O, vücudundakı dəyişiklik barədə danışıb: “Əvvəllər iki addım atmamış öləcəyimi düşünərdim. İndi qarşılaşdığım kiçik hadisələr belə, məni xoşbəxt edir. Məsələn, evdəki balaca uşağı parka apara, maşın sürə bilirəm. Özümü xoşbəxt və şanslı hiss edirəm”.