25 May 2021 00:14
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Türküstan şəhərinin meri Rəşid Ayupov amerikalı iş adamı və ixtiraçı İlon Maska şəhər ərazisində “Tesla”nın pilotsuz nəqliyyat vasitələrinin istehsalı üçün zavod açmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, şəhər meri bu barədə özünün Tvitter hesabında yazıb.

Ayupovun sözlərinə görə, Mask yeni bir müəssisə inşa etmək üçün bölgədə yerləşən Baykonur kosmodromundan daha yaxşı yer tapa bilməz:

“Bizdə dövri cədvəlin bütün elementləri var, İpək Yolunun keçdiyi yerdəyik”.

O, Maskın yeni sənaye kompleksi inşa edərkən infrastruktur problemi yaşamayacağını və ölkədə yeni yaradılan xüsusi iqtisadi zonaların kapital cəlb etmək üçün lazım olan prosedurları asanlaşdıracağını deyib.

“Gəlin, birlikdə Marsa uçaq”, - Ayupov bildirib.

Milyarder hələlik onun təklifinə reaksiya verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu