17 Yanvar 20:39
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi sənədlərin üzərində qalmış Napoleon Bonapartın avtoqrafları hərraca çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Litfond” hərrac evi məlumat yayıb.

“Fransız imperatoru Napoleon Bonapartın yanvarın 25-də satışa çıxarılacaq avtoqrafları diqqəti cəlb edir. Əvvəla, Napoleon müharibələrinin tarixində çox nadir sənəd olan və 1813-cü il aprelin 2-də Yelisey sarayında yazılmış italyanların orduya səfərbərliyi ilə bağlı italyan dilindəki fərmanın başlanğıc qiyməti hərracda 280 min rubl (3190 dollar) olacaq”, - məlumatda deyilir.

Hərracda, həmçinin, daha bir orijinal sənəd – fransız gəmisinin kapitanına İngiltərədən və əks istiqamətdə mal gətirməsi və göndərməsinə icazə verən Napoleonun şəxsən yazdığı və imzaladığı lisenziya da eyni qiymətə satışa çıxarılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər