30 Yanvar 22:28
3 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən, Antarktida yalnız qar, buz və şaxta ilə xatırlanır, amma indi bu donmuş materikdə yaydır və temperatur sıfıra yaxındır.

Teleqraf.com xəbər verir ki, Antarktidada bu yay ən yüksək temperatur +5 dərəcə (yanvarın 3-də) olub. Ən aşağı temperatur isə yanvarın 12-də termometr -1.2 dərəcəni göstərəndə qeydə alınıb.

Tədqiqatçılar deyirlər ki, belə şəraitdə qar əriyir və Antarktika yaşıl rəng alır. Temperatur yüksəldikcə materikin unikal bitki örtüyü qar və buz laylarının altından çıxmağa başlayır.

Antarktidanın yerli florası arasında iki növ damarlı bitki var. Bu, yulaf və darının qohumu sayılan Antarktika deşampsiyasıdır (Deschampsia). Bunlara əlavə olaraq, Antarktidada ona yaşıl rənglər verən 100-ə yaxın mamır və ciyərotu növü də var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər