25 Mart 14:53
3 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədr müavini Yelena Drapeko "Crocus City Hall"da faciənin baş verdiyi yerdə məbəd və ya ictimai bağ tikməyi təklif edib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Drapekonun fikrincə, binanın yenidən qurulması yersizdir.

“Belə bir kədər olanda, təbii ki, mən istəməzdim ki, yenə orada konsert zalı, əyləncəli proqramlar olsun. Burada məbəd və ya meydan, əlbəttə ki, gözəl olardı" deyə deputat bildirib.

Martın 22-də axşam saatlarında "Crocus City Hall"da terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.


Müəllif: Pərvin Cəfərova