10 Sentyabr 2020 14:18
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi KİV-də Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, birinci katib Vaqif Seyidbəyov, konsulluq və humanitar məsələlər üzrə attaşe Elmar Məmmədov, maliyyə attaşesi Bəhruz Məmmədlinin Xarici İşlər Nazirliyinin tələbi ilə geri çağırıldığını əks etdirən xəbərlər yayılıb.

Məsələ ilə bağlı Axar.az-ın sorğusunu cavablandıran XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.

“Azərbaycanın İsveçdəki diplomatik nümayəndələri Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, birinci katib Vaqif Seyidbəyov, konsulluq və humanitar məsələlər üzrə attaşe Elmar Məmmədov, maliyyə attaşesi Bəhruz Məmmədli bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər”, - L.Abdullayeva bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər