22 Sentyabr 2020 11:52
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib.

Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.

Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub. R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər