Bəzi beynəlxalq təşkilatların rəhbərləri tərəflərin mövqeyini nəzərə almadan qərəzli çıxışılar edirlər.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev XİN-də baş tutan tədbirdəki çıxışı zamanı deyib.
“Biz bununla razı deyilik. Bu təşkilatlara üzv dövlətlərin nümayəndələrinin baş katiblərlə bu məsələni müzakirə etmələri yaxşı olardı. Çünki biz bu proesesdə öz dostlarımızı müəyyən etmək istəyirik. Bizim məqsədimiz Azərbaycan torpaqlarını qorumaq və sülhə nail olmaqdır”.