25 Noyabr 2022 12:51
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən İranın üç keçmiş prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bu qədər illər ərzində indiki kimi vəziyyət heç vaxt olmayıb. İran heç vaxt bir neçə ay ərzində sərhədlərimizdə iki dəfə hərbi təlim keçirməyib. Heç vaxt Azərbaycana qarşı bu qədər nifrət və təhdidlə dolu bəyanatlar səslənməmişdi.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

“Biz hər zaman Azərbaycan əleyhinə olan istənilən addıma cavab vermişik və bundan sonra da verəcəyik. Ona görə də biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər