12:33
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gündür İrəvandan Bakıya uçuşlar haqda oxuyuram. Məsələ geniş müzakirə olunduğu üçün bu haqda danışmalı oldum.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni politoloq Akop Badalyan bildirib.

“Bir neçə həftə əvvəl də İrəvandan Bakıya başqa reys olub. Həmin reyslə Almaniya xarici işlər naziri Berbok Azərbaycana gedib. Alman nazir Bakıda keçirilən COP29-a gedərkən üç saat Ermənistanda olub.

İstənilən xarici rəsmi, nümayəndə heyəti, beynəlxalq təşkilatın təmilçisi əvvəl Bakıya, sonra İrəvana, yaxud İrəvandan Bakıya uçur. Yəni bu, davamlı prosesdir. Amma birdən-birə adi bir mövzu ictimaiyyətin diqqətini, düşüncəsini, enerjisini zəbt edən müzakirəyə çevrilir”, - ekspert qeyd edib.

Son olaraq bu günlərdə NATO Müdafiə Kollecinin nümayəndə heyətini İrəvandan Bakıya uçub. Ermənistanda müzakirə mövzusuna çevrilən mövzu da budur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər