7 Aprel 2023 15:42
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etmişəm və bu il hələ edəcəyəm".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

"Beləliklə, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir. Eyni zamanda yüklərin cəlb edilməsi üçün və nəqli üçün birgə səylər atılmalıdır. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq", - Azərbaycan Prezidenti bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər