“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, birinci müavin vəzifəsi ləğv edilib. Daha bir dəyişiklə nazirin müavinlərinin sayı 4 nəfər olaraq müəyyənləşib.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.