"Mən hər zaman ifadə etmişəm ki, Qarabağ Azərbaycanın ərazisidir".
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar”.
Demarkasiyanın çətin və uzun proses olduğunu diqqət çatdıran nazir normallaşma prosesində Avropa formatının əhəmiyyətini qeyd edib: "Almaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçi olmağa hazırdır. Məqsədimiz etimad quruculuğu ilə məşğul olmaqdır. Mina təhlükəsi ilə mübarizə üçün layihəmizi bugünkü görüşdə təqdim etdik. Əməkdaşlığımı davam etdirəcəyik".