29 Noyabr 2023 16:41
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Məmmədova Kamina Qavil qızı

“Hərbi xidmətlərə görə” medalı ilə

Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik

Əliyev Elçin Alastun oğlu – polkovnik

Əmirov Ziyafət Məsim oğlu – polkovnik

İsmayılov Azər Valeh oğlu – polkovnik

Nəsirov Elşad Haqverdi oğlu – polkovnik

Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant

Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.

Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilib.


Müəllif: Teleqraf.com