5 Sentyabr 10:41
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi əlavə edilib.

***

Nazirlər Kabineti “İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya 136 lizinq müqaviləsinin obyekti olan əsas vəsaitin idxalı əlavə dəyər vergisindən azad edilib.

***

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar ölkədə dəmiryol nəqliyyatı ilə yüklərin daşınmasının təşkilinə və yerinə yetirilməsinə dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir.

Qaydalara əsasən, dövlət sirrini təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla, dəmiryol nəqliyyatı ilə yük daşınmasının həyata keçirilməsi üçün yükgöndərən daşıyıcının internet informasiya ehtiyatı üzərindən daşıyıcıya yükdaşıma sifarişi təqdim edəcək.

Bundan başqa, yükdaşıma sifarişi forması, habelə sifarişin təqdim edilməsini daşıyıcı internet səhifəsində dərc edəcək.

***

Nazirlər Kabineti “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra, büdcəyə artıq ödəmələr işsizlikdən sığorta haqqı ilə bağlı borcların, hesablanmış faizlərin və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsinə yönəldilməyəcək. Eyni zamanda büdcəyə artıq ödəmələr məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldilməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər