7 Dekabr 2023 17:13
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər bu Texniki Tələblərin 3-1-ci hissəsi ilə müəyyən edilir.

3-1-ci hissə isə Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələbləri nəzərdə tutur.

Qərarla reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin, həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci hissəsinin tələbləri nəzərə alınmaqla yerləşdirilir.

Reklam qurğularının yerləşmə yerlərində qaz, istilik, su (kanalizasiya) və elektrik təchizatı sistemlərinin elementlərinin olduğu halda qurğuların yerləşdirilməsi həmin sistemlərin təhlükəsizliyinin təmin edilməsi şərtilə həyata keçirilməlidir.

Reklam qurğularının yerləşdirilməsi zamanı aşağıdakılara yol verilməməlidir:

- reklam qurğularının bu Texniki Tələblərin 3-1-ci hissəsi ilə müəyyən edilmiş parametrlərinin (ölçülərinin), eləcə də
yerləşdirilmə yerləri ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına;

- bu Texniki Tələblərin 3-1.5.1-ci, 3-1.5.6-cı, 3-1.7.1-ci və 3-1.9.1-ci yarımbəndlərində nəzərdə tutulan hallarda reklam qurğularının şaquli yerləşdirilməsinə;

- bu Texniki Tələblərin 3-1.5.7-ci yarımbəndi ilə müəyyən edilmiş hal istisna olmaqla, reklam qurğularının binaların
günlüklərində yerləşdirilməsinə;

- reklam qurğusunun binanın fasadının tinlərində yerləşdirilməsinə;

- reklam qurğusunun binanın fasadının memarlıq detallarında (o cümlədən, sütunlarda, ornamentlərdə, bəzəklərdə və s.) yerləşdirilməsinə;

- reklam qurğusunun memorial lövhələrə, həmçinin memarlıq abidələrinin (binalarının) məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə yerləşdirilməsinə;

- ünvan məlumatlarının yerləşdiyi lövhələrin üzərinin örtülməsinə;

- fasaddakı bir reklam qurğusunun digərinin üzərində yerləşdirilməsinə;

- bir kronşteyn panel qurğusunun digərinin üzərində yerləşdirilməsinə;

- reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə;

- reklam məqsədilə pəncərə və divar oyuqlarının, həmçinin onların çərçivələrinin (impostlarının) bağlanmasına, boyanmasına və dekorativ plyonkalarla örtülməsinə;

- elektron daşıyıcının vitrin şüşəsinin bütün hündürlüyü və (və ya) uzunluğu boyunca quraşdırılmasına;

- reklam qurğusunun lociya, balkon və eyvanlarda yerləşdirilməsinə;

- reklam qurğusunun məhəccərlər və hasarlar istisna olmaqla, digər çəpərləyici qurğularda (şlaqbaumlar, çəpərlər və s.) yerləşdirilməsinə;

- memarlıq abidələrində (binalarında) eyni obyektə aid 1-dən çox fasad reklamının yerləşdirilməsinə;

- memarlıq abidələrində (binalarında) yerləşdirilən fasad reklamlarında daxili işıqlandırmadan istifadə olunmasına;

- memarlıq abidələrinin (binalarının) üzərində kronşteyn panel qurğusunun yerləşdirilməsinə.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər