23 Yanvar 17:24
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı, həmçinin Qanunun tətbiqini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.

Məcəllə ilə tanış olmaq üçün PDF yükləyin.

Xatırladaq ki, Milli Məclisin ötən il dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər