6 Fevral 10:57
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə 10.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilib:

“10.1.1. şəxsin sosial xidmət müəssisələrini, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərini tərk etməsi ilə bağlı həmin müəssisələrin arayışı;”.

***

Nazirlər Kabineti "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı"nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir:

1. Sənaye

2. Kənd təsərrüfatı

3. İnformasiya və rabitə

4. Turizm

5. Tikinti

6. Nəqliyyat

7. Ticarət.

İqtisadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər