Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri və əziz Qardaşım.
Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkilərdə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram.
Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm".