25 Sentyabr 2020 11:56
9 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beş rayon məsələsi Azərbaycan üçün qəbuledilməzdir”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli deyib.

Onun sözlərinə görə, beş rayon məsələsi yeni deyil, 1990-cı illərdə başlayıb: “Bütün bu illər ərzində bizim hökumət buna razılığını verməyib, doğru da edib. Yalnız bir dəfə, 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündən sonra Prezident İlham Əliyev “Beş rayon indi, iki rayon beş ildən sonra” düsturunu səsləndirib.

Hesab edirəm ki, bu məsələnin çox dar və çoxdan bitmiş bir konteksti var - Rusiyaya və Ermənistan arasında quru yolun açılması. Gürcüstan öz ərazisində belə bir yolu bağlamışdı. Təklif belə idi ki, Rusiya 5 rayonu bizə qaytarır, biz də Rusiya üçün Ermənistana gedən dəmir yolunu açırıq. Amma Rusiya bununla razılaşmadı”.

Erkin Qədirlinin fikrincə, bizim üçün beş rayon məsələsinin qəbulolunmazlığı həm də ondadır ki, onun içində Rusiya əsgərlərinin sülhməramlı adı altında ərazimizə gəlməsi var:

“Bizdəki hökumət bununla razılaşmayıb, çünki başqa şeylərlə yanaşı, Gürcüstanın yanlışından dərs alıb. Gürcüstan (Şevarnadzenin dönəmində) Abxaziyada və Cənubi Osetiyada Rusiya “sülhməramlılarının” yerləşdirilməsinə razılığını vermişdi. Sonrası məlumdur”.


Müəllif: Mənsur Rəğbətoğlu