Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın növbəti təxribatına münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Türkiyə XİN bildirib:
"Qardaş Azərbaycan dəstəyimiz tamdır. Azərbaycan nə deyirsə odur. Necə istəyirsə, dəstəyimiz də o cür olacaq".
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycan ordusu ilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Ortaqərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndlərinə ağır silahlarla intensiv şəkildə atəşə tutulduğu barədə məlumat aldıq. Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını əlbəttə istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq".