28 Sentyabr 2020 14:02
16 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusunun əməliyyatları Dağlıq Qarabağın işğaldan azad olunmasınadək davam edəcək”.

Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev belə deyib.

Ekspert cəbhə bölgəsindəki son gəlişmələrin işğalçı ölkədə gərginlik yaratdığını söyləyib:

“Ermənistan və onu dəstəkləyənlər həddən artıq şok vəziyyətindədir, onlar Azərbaycanın belə bir addım atacağını gözləmirdilər. Bu, ona dəlalət edir ki, Azərbaycan prezidenti kifayət qədər peşəkar dövlət adamıdır, siyasətçidir, həm də uzaqgörən bir strateqdir. Baxın, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ, Kanada, Rusiya, Yunanıstan və İrana müraciət edir. Azərbaycanın yanında olanlar isə Türkiyə və Pakistandır.

Amma Azərbaycanın indiki əməliyyatlarında Türkiyə ordusuna ehtiyac yoxdur. Bizim ordumuz kifayət qədər peşəkarlaşıb. Ali baş komandan İlham Əliyev elə bir şərait yaratdı ki, ermənilər və onu dəstəkləyənlər tamamilə arxayın oldular ki, Azərbaycan ordusunun heç bir gücü, dövlətin iradəsi yoxdur və onların razılığı olmadan heç bir addım atılmayacaq.

Amma son iki ayda Azərbaycan prezidentinin peşəkar siyasət yürütdüyü onların özlərinə bəlli oldu. Bunun pik həddi Azərbaycan prezidentinin BMT Baş Assambleyasının sammitindəki çıxışı idi. Azərbaycan prezidenti çıxışında Qarabağın azad edilməsinin haqq işi olduğunu ortaya qoydu.

Əminəm ki, Azərbaycan ordusu kifayət qədər peşəkardır. Bugünkü əməliyyatlar müstəqil Azərbaycan ordusunun ən böyük uğurudur. Bu uğurun davamının olacağına inanıram. Azərbaycan ordusu qısa zaman kəsiyində bayrağımızı Xankəndində dalğalandıracaq, işğal olunmuş rayonlarımız geri alınacaq”.

Cümşüd Nuriyevin Azərbaycan ordusunun uğurlu əməliyyatlarının Ermənistanda təşviş yaratdığını bildirib:

“Artıq ermənilər çox çətin vəziyyətindədir, yaşayış məntəqələrini sürətlə tərk etməyə başlayıblar. Gürcü mənbələrinin verdiyi məlumata görə, Ermənistan-Gürcüstan sərhədlərin böyük tıxac yaranıb. Ermənilər Dmanisi rayonu ərazisi üzərindən qaçmağa başlayıblar. Keçidə icazə verilən məntəqələrdən də Gürcüstan üzərindən köç başlayıb, Krasnodara gedirlər.

Paşinyan o günə qalıb ki, İrəvanda xidmət edən polisləri məcburi şəkildə Qarabağda döyüşməyə göndərir. İndi hamı əmin oldu ki, Azərbaycanın düzgün taktiki gedişlər edir. Azərbaycan prezidentinin uğurlu siyasəti Azərbaycan ordusunu qələbəyə aparır. İnanıram ki, bizim bayrağımız Şuşa, Xankəndi və işğal edilmiş digər rayonlarda dalğalanacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər