Azərbaycan hazırda Ermənistandan daha əlverişli vəziyyətdədir. İlk növbədə Azərbaycanın daha güclü ordusu var.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Ekspress qazeta” nəşrində yer alan məqalədə deyilir.
Bildirilir ki, orduya Ermənistanın illik büdcəsinə bərabər məbləğ xərclənir: "İkincisi, Nikol Paşinyan hökumətinin Moskva ilə münasibətləri elə də yaxşı deyil. Üçüncüsü isə Bakını Türkiyə qətiyyətlə dəstəkləyir. Bu isə NATO-nun ən güclü ordularından biridir".