28 Sentyabr 2020 15:38
4 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey bunu dəyişdirməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

Eks-prezident Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında baş verən son toqquşmalardan danışıb:

“Ermənistan və Azərbaycan arasındakı hərbi toqquşmalar bölgəmizdəki sülh və xalqlarımızın rifahı üçün qayğı göstərən hər kəsi çox narahat edir. Bu gün bundan böyük dəyər yoxdur. Bu səbəbdən vəziyyətin kəskinləşməsini böyük ürək ağrısı ilə izləyirəm. Mənim mövqeyim çox aydındır, dövlət bütövlüyü prinsipinə söykənir, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey bunu dəyişdirməyəcək.

Əlbəttə, bu bölgədən qovulan hər kəsin öz evlərinə qayıtmaq hüququ var. Onların dinc yaşamaq hüququ və hüquqları qorunmalıdır. Gürcüstan Qafqazın üç xalqı arasında qardaşlıq və dostluq münasibətlərində maraqlıdır.

Gələcəyimiz üç Baltikyanı dövlət arasındakı münasibətlər kimi olmalıdır. Çünki xarici qüvvələr bizi ələ keçirməkdə və bizi idarə etməkdə maraqlıdır. Biz buna heç bir şəkildə imkan verməməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər