“Dağlıq Qarabağdakı vəziyyət Rusiyanı ciddi şəkildə narahat edir”.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov hesab edir ki, münaqişənin həlli siyasi və diplomatik sahəyə keçirilməlidir.
Rusiya prezidentinin mətbuat katibi Qarabağdakı vəziyyətlə əlaqədar Rusiyanın Türkiyə ilə təmasda olduğunu da qeyd edib.
Peskovun sözlərinə görə, indi kimin haqlı, kimin yalnış olduğunu anlamağın zamanı deyil, qarşıdurma dərhal dayandırılmalıdır:
“Lazım gələrsə, Putin Azərbaycan rəhbərliyi ilə danışacaq”.