29 Sentyabr 2020 15:21
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibədə mülki insanları hədəfə almaq böyük cinayətdir. Ermənistanın dinc əhalini bombardman etməsi yolverilməzdir.

Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib:

"Çox təəssüf edirəm. Həlak olan insanların yaxınlarının dərdinə şərikik, Allah hamısına rəhmət eləsin. Mülki insanların hədəfə alınması ilə bağlı baş prokurorluq cinayət işi açıb və onlar bunun cəzasını çəkəcəklər.

Ordumuzun səbri tükənib və əks hücumla torpaqlarımızı azad etməyə çalışır. Şükürlər olsun ki, uğurla irəliləyirlər. İnşallah, torpaqlarımızı işğal altından azad edib, qələbə qeyd edəcəyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər