Güney Azərbaycanda Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə ümumxalq mitinqi elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə güneydən olan milli fəallar açıqlama yayıblar.
Məlumatda bildirilib: “Oktyabrın 1-də Güney Azərbaycanın bütün şəhərlərində saat 17-00-da “Qarabağa dəstək mitinqləri”nə çağırışlar edilib”.
Mitinqlərin Təbriz şəhərindən başlayacağı deyilib.