1 Oktyabr 2020 14:37
38 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrindən ağır zərbələr alan işğalçı ölkənin rəhbərliyi kənarda kömək axtarışına çıxıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan Prezidenti Armen Sərkisyan dünya ölkələrinə müraciət edərək, Dağlıq Qarabağdakı əməliyyatları dayandırmağa çağırıb.

Sərkisyan Azərbaycan ordusunun antiterror əməliyyatlarının işğalçı qüvvələrini və ölkə rəhbərliyini çətin duruma saldığını, bu dəfə də boylarından yuxarı tullanmaq cəhdlərinin dövləti hansı duruma gətirdiyini belə etiraf edib:

“Beynəlxalq ictimaiyyət Qarabağdakı savaşı dayandırmaq üçün müdaxilə etməsə, Qafqaz mürəkkəb bir problemə çevriləcək. Qarşıdurma dayanmasa, Qafqaz başqa bir Suriyaya çevrilə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu