2 Oktyabr 2020 11:56
4 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əsgərləri xilas edilmiş Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndlərində mina və partlayıcı maddələrin təmizlənməsini başa çatdırıb. Əsgərlər 28 il sonra azad edilmiş torpaqlarında yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, türk mediası Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda uğurlu antiterror əməliyyatlarından yazmaqda davam edir.

“28 ildən sonra evdə” başlığı ilə manşetlərdə çıxarılan məqalədə bildirilib ki, Qarabağda Ermənistanın təxribatı ilə başlayan münaqişə 5-ci gününü geridə qoyub.

Dağlıq ərazi və mülki insanlara qarşı münasibətdə həssas addımlarla irəliləyən Azərbaycan ordusu, Ermənistan hərbi qüvvələrinə havadan və qurudan ağır zərbələr endirir:

Topçular gecə boyunca Ermənistan silahlı qüvvələrinin mövqelərini atəş altında saxlayıb. Ağdərə /Madagiz istiqamətindəki qarşıdurmalarda Ermənistan Ordusunun 6-cı Dağ Atıcı Alayına kömək üçün gələn 193-cü Xüsusi Hücum Taborunun bir hissəsi məhv edilib. Sağ qalanlar bölmənin bayrağı və sənədlərini qoyaraq qaçıblar. Alay komandiri və müavini ağır xəsarət alıb.

Bölgəyə yardım üçün göndərilən 20 nəfərlik erməni bölməsi Murovdağ yaxınlığında tamamilə məhv edilib. 5 günlük müddət ərzində düşmənin 200 tankı və digər zirehli texnikası, 228 top, raket sistemləri və minaatanlar yox edilib. Bunlara əlavə olaraq 30 hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 sursat anbarı, 110-dan çox vasitə və “S-300” raket sistemi məhv edilib.

Azərbaycan ordusu həm də işğaldan azad etdikləri Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndlərində mina və partlayıcı maddələrin təmizlənməsini başa çatdırıb. Azərbaycan əsgərləri 28 ildən sonra işğaldan azad edilmiş kəndlərdə yerləşdirilmələrini başa çatdırıblar.

Yayımlanan videolarda erməni ordusunun hərbi maşınlarını, müxtəlif ölçülü və markalı bir çox silahı qoyaraq qaçdığı görünür. İşğaldan təmizlənmiş bölgədə vəzifəsini davam etdirən azərbaycanlı komandirlərdən biri belə deyir: “Bu torpaq bizimdir. Öz torpaqlarımızı düşməndən qurtardıq. Bu torpaqlar bizimdir və bizim də olacaq. Düşməndən tamamilə təmizləyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər