“Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri ilə bağlı problem birdəfəlik həll edilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkellə onlayn görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri ilə bağlı problem birdəfəlik həll edilməlidir. Qalıcı bir həll üçün BMT-nin məlum qətnamələri həyata keçirilməli, beynəlxalq hüquq normaları çərçivəsində qərarlar verilməlidir”, - Ərdoğan deyib.