Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində həyata keçirdiyi anti-terror əməliyyatı davam edir.
Teleqraf.com xəbər verir ki, Ordumuz işğalçı Ermənistan ordusunun 6-cı dağ atıcı alaynın 2-ci taborunda daha bir döyüşçünü - əsgər Narek Qarik oğlu Amirzanyanı ələ keçirib.
Narek Qarik oğlu Amirzanyan 2001-ci ildə Tavuşda doğulub, Noyanberyan rayonun sakininidir.
Qeyd edək ki, Tavuşda doğulan, Noyanberyan rayonunda yaşayan N.Amirzanyanın işğal olunmuş ərazilərdə hərbi xidmət keçməsi Ermənistanın “Qarabağ özünümüdafiə ordusu” iddiasını növbəti dəfə alt-üst edir.