Sentybarın 27-dən bu gün saat 13.00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həlak olmuş dinc sakinlərin sayı 31, yaralanmış dinc sakinlərin sayı 154-ə çatıb.
Bundan başqa, yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 928, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 133, yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 45-dir.