10 Oktyabr 2020 10:21
1 890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atəşkəs labüd idi. Dörd bənddən ibarət atəşkəs sənədi imzasız bir kağız, yaxud razılaşdırılmış bəyanatdır.

Teleqraf.com xəbər verir ki, bunu Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov bildirib.

O qeyd edib ki, 1994-cü il may ayının 5-də tərtib olunan Bişkek protokoluna baxsaq görərik ki, həmin protokoldan fərqli olaraq, indiki bəyanatda Azərbaycanın irəli sürdüyü tezislər öz əksini tapıb:

“Atəşkəsin imzalanması ilə paralel danışıqlar prosesinin daha intensiv gedəcəyinin şahidi olacağıq. Baza prinsipləri qalmaq şərtilə şərtlərin dəyişdiyi artıq şübhə doğurmur. Dağlıq Qarabağın maksimalist istəyi korrektə olunacaq. Ermənistan budəfəki danışıqlarda fərqli əhval-ruhiyyədə olacaq”.

Əvəz Həsənov onu da bildirib ki, ATƏT-in Minsk qrupu daha predmetli vasitəçilik edəcək: “Türkiyənin bu danışıqlarda müşahidəçi-arbitr rolu qaçılmaz olacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər