10 Oktyabr 2020 11:48
13 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutduqdan sonra cəbhə xəttində toqquşmalar başladı. Azərbaycan ordusu əks-hücuma keçərək bir çox yaşayış məntəqələrini işğaldan azad etdi.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” saytı yazıb.

Mənbə Azərbaycan Müdafiə Nazirliyinin erməni mövqelərinə və hərbi qüvvələrinin vurulması ilə bağlı yeni görüntülərinə də diqqət çəkib: “Nazirliyin açıqlamasında Ermənistan tərəfinin Hadrutu intensiv şəkildə bombaladığı ifadə edilib”.

Mənbə qeyd edib ki, günlərlə davam edən toqquşmalardan sonra Rusiyada 11 saat davam edən bir toplantıda “əsir və cəsəd mübadiləsi” üçün atəşkəs qərarı alınıb. Atəşkəs bu gün saat 12: 00-da qüvvəyə minəcək.

Sayt bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev “CNN International”a müsahibə verib:

“Düşünürəm ki, Ermənistan baş nazirinin zəng etmədiyi yeganə insan uzaq bir adadakı qəbilə lideridir”, - prezident müsahibədə bildirib.

Ermənistan rəhbərliyinin “Türkiyə Azərbaycana dəstək verir” iddiasına cavab verən İlham Əliyev söyləyib: “Meydanda türk qüvvələri yoxdur. Türkiyə bizi dəstəkləyir, bunlar siyasi və diplomatik dəstəkdir. Ermənistanın “Azərbaycana kimsə kömək edir” deməsi yalan və aldadıcıdır, biz onu rədd edirik. Azərbaycan ordusunda türk silahları var. Yalnız türk silahları deyil, Rusiya, İsrail, Belarus və Ukrayna silahları da var”.

İlham Əliyev Türkiyə və Azərbaycan arasında sıx bağların mövcudluğunu, Azərbaycan xalqının Türkiyə kimi müttəfiq və qardaş bir ölkəyə malik olduğu üçün çox xoşbəxt olduğunu söyləyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər