16 Oktyabr 2020 18:56
2 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev “RİA Novosti”yə müsahibəsində öz intellektini, siyasi bilik və bacarığını, diplomatik qabiliyyətini növbəti dəfə nümayiş etdirdi. Cənab Prezident Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsidir. Ulu Öndərin zamanında da onun proseslərə yanaşması çox mükəmməl olub. Bütün beynəlxalq təşkilatlardakı çıxışlarında da cənab Prezidentin nitqi çox dəqiq, ardıcıl, xronoloji bir xətlə baş tutub.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev bildirib.

Şura sədrinin sözlərinə görə, dövlət başçısı istər Münhendə, istərsə də digər debatlarda erməni baş nazirinə tarix və siyasət dərsi keçib.

Millət vəkili vurğulayıb ki, “RİA Novosti”yə müsahibəsində Ermənistan baş naziri heç orta məktəb şagirdi kimi də özünü göstərə bilməyib: “Paşinyan bir daha sübut elədi ki, o, hakimiyyətə haradan və necə gəlib... Onun bu vəzifəyə kimin kürəyində gəldiyi də aşkar şəkildə bilindi. Bir ölkənin baş naziri suallara küçə adamı səviyyəsində cavab verirdi”.

Deputatın sözlərinə görə, Rusiya cəmiyyəti də erməni baş nazirinin ölkəsinə necə rəhbərlik etdiyini gördü: “Paşinyan heç tarixi və siyasi prosesləri də düzgün qiymətləndirməyi bacarmır, uydurma tarixdən danışmağa çalışır. Ona görə də Paşinyanı cənab Prezidentin intellektual səviyyəsi ilə müqayisə etmək qeyri-mümkündür. Bu müqayisə arasında yerlə göy qədər fərq var. Artıq cəbhədəki məğlubiyyət Paşinyanın nitqində və davranışlarında da açıq şəkildə hiss olunur”.

Ağsaqqallar Şurasının sədri qeyd edib ki, məğlub durumda olan erməni ordusuna artıq yaşlı insanları cəlb edilir: “Çünki erməni gəncləri özgə torpaqlarında ölmək istəmirlər. Bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağıdır”.

Eldar Quliyev qeyd edib ki, təsadüf nəticəsində hakimiyyətə gəlmiş Paşinyan nə etdiyinin fərqində deyil: “O vaxt rejissor Karen Şahnazaryan Moskvada telekanalların birindəki çıxışında açıq şəkildə bəyan etdi ki, Qarabağ heç vaxt Ermənistanın olmayıb. Bu, ağlı başında olan, az-çox tarixi anlayışa sahib hər kəsə məlumdur.

Ermənistanın özündə də bunu etiraf edirlər. Paşinyanlar hansı oyunu oynayır, bunu heç özü də bilmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər