22 Oktyabr 2020 00:25
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun anti-terror əməliyyatlarını dəstəkləyir və bunu müsbət addım sayıram. Bizim rəşadətli ordumuz var. Bugünkü gənclərimizlə qürur duyur və fəxr edirəm ki, belə qəhramanlıq göstərirlər.

Bu fikirləri Teleqraf.com-a 1992-ci ildə Azərbaycan parlamentinə sədrlik edən professor Yaqub Məmmədov Azərbaycan ordusunun işğal altında olan torpaqları azad etməsini qiymətləndirərkən deyib.

Professor qeyd edib ki, nəhayət zaman gəlib çatıb və hazırda Azərbaycanın rəşadətli ordusu düşmənin başını əzir: “Torpaqlarımız işğaldan azad edilir. Bu, bizim hamımızın böyük arzusu idi. Dövlət başçısı çox sağ olsun ki, böyük qətiyyətlə mərdi-mərdana möhkəm dayanıb. Ordumuz da cəbhədə böyük qəhrəmanlıq nümayiş etdirir”.

Yaqub Məmmədov söyləyib ki, Azərbaycan Ordusu ilə fəxr edir.


Müəllif: Cavad

Oxşar xəbərlər