22 Oktyabr 2020 13:42
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Ermənistan Prezidenti Armen Sarkisyanla birgə mətbuat konfransında deyib.

O, NATO-nun mövqeyini Ermənistan prezidentinə xatırlatdığını bildirib:

“Mən prezidentə xatırlatdım ki, NATO bu münaqişədə iştirak etmir. NATO atəşkəs rejiminin davamlı pozulmasından və insan itkilərindən dərin narahatlığını bildirir.

Döyüş əməliyyatlarının başa çatması NATO üçün və beynəlxalq təhlükəsizlik üçün vacibdir, dinc həll yolu tapılmalıdır. Dinc sakinlərə istənilən hücumlar qəbuledilməzdir və dayandırılmalıdır. Bütün tərəflər münaqişənin siyasi həllinin tapılması üzərində işləməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər