28 Oktyabr 2020 16:57
3 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç oğlum var, ikisi könüllü olaraq səfərbərlik üçün qeydiyyatdan keçiblər. Biri cəbhəyə yollanıb, digərləri çağırış gəlməsini gözləyir. Mənim övladlarım heç kimin balasından artıq deyil, vətən qarşısında borclarını yerinə yetirməyə gedirlər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Tahil Kərimli deyib.

Onun sözlərinə görə, oğlu hazırda cəbhənin düşmənə yaxın ərazisində döyüşdədir.

Millət vəkili erməni terrorçularının Bərdəyə hücumuna münasibət bildirirərək, düşmənin havadarlarını qınayıb:

"Bərdədə baş verən hadisələrin kadrlarına baxa bilmirəm, ürəyim dözmür. Bu gavurları məhv etmək lazımdır. Ürəyimiz çox yumşaqdır, hər zaman bağışlamışıq. Bütün baş verənlərdən sonra onların Qarabağda yaşamağa haqqı yoxdur.

Mən təəssüf edirəm, Prezidentimizə çox ciddi təzyiqlər var. Erməni havadarları istəyirlər ki, Qafqazda Ermənistan genişlənsin, möhkəmləsin. Bərdə və Gəncə hadisələrində nə qədər insan həlak oldu. Tərtər Stalinqrada dönüb, amma bir ölkənin səsi çıxmır.

Ermənilər vəhşidirlər. Xahiş edirəm, düşməni Hitlerə, alman faşistlərinə bənzətməyin. Almanlar haranı işğal etsələr də, epizodik halları çıxmaq şərtilə orada xalq yaşayırdı, infrastruktur inkişaf edirdi. Ermənilər 1 milyon əhalimizi didərgin salıblar, məhv ediblər. Onlara rəhm yoxdur.

Əgər xarici dövlətlər Ermənistana dayaq olmasaydı, bu gün tam qələbəmizi təmin etmiş olardıq. Danışıqlara çağırırlar, döyüşü saxlamağı tələb edirlər. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər