27 Noyabr 2020 14:09
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışdığını, bu zaman onunla Qarabağdakı vəziyyəti müzakirə etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Paşinyan son bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışdığının detalları barədə danışıb.

"Laçın dəhlizindəki yaşayış məntəqələri, itkin düşənlərlə bağlı problemi, axtarış əməliyyatları, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi, həmçinin bölgədə nəqliyyat kommunikasiyalarının kilidinin açılması ilə bağlı məsələləri müzakirə etdik”, - deyə N.Paşinyan Feysbukda yazıb.

Onun sözlərinə görə, belə müzakirələr müntəzəm, bəzən gündə bir neçə dəfə aparılır. “Biz bu müzakirələrin xarakterini və tezliyi nəzərə alaraq onlar haqqında heç də hər zaman məlumat yaymırıq”, - Ermənistanın baş naziri qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər