5 Dekabr 2020 16:27
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm Robert Köçəryan, həm də Serj Sərkisyan Xankəndi şəhərində doğulublar. Onlar sovet dövründə Dağlıq Qarabağda komsomol işində çalışıblar. Bakıya da tez-tez gəlib-gediblər, ancaq Dağlıq Qarabağda separatçılıq hərəkatı başlayanda onlar bu hərəkatın liderlərinə çevrildilər. Məhz onların dövründə Qarabağın Azərbaycandan ayrılması prosesi başladı. Ən dəhşətlisi isə odur ki, bu adamlar Xocalı soyqırımının bilavasitə təşkilatçıları və icraçılarıdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Serj Sərkisyan 2000-ci ildə Ermənistanın müdafiə naziri olarkən britaniyalı jurnalist Tomas de Vala müsahibəsi zamanı Xocalı soyqırımının törədilməsində iştirakını etiraf etmişdi:

“Demişdi ki, azərbaycanlılar Xocalıyadək düşünürdülər, biz mülki insanlara toxuna bilmərik. Amma onlar gördülər ki, bizim üçün Ermənistan xatirinə müqəddəs olan heç nə yoxdur. Yəni Köçəryan da, Sərkisyan da əlləri qollarınadək azərbaycanlı qanına batmış, bulaşmış qatillərdir. Bu qatilərin dövründə Azərbaycanla münasibətlərin yumşaldılması, yazud sülh sazişinı doğru irəlilənməsi istiqamətində ciddi addımlar atılmadı.

Onlar hazırda Nikol Paşinyanı çox ciddi surətdə tənqid edir. Özlərini süddən çıxmış ağ qaşıq kimi təqdim etməyə çalışırlar. Amma unudurlar ki, məşğub olan, diz üstə çökən, katipulyasiya aktına imza atan ordunun qurucuları onlardır. Onların dövründə silah-sursat alınıb, ordunun komplektləşdirilməsi prosesi gedib. Ona görə də mən deyədim ki, onlar məğlubiyyətə görə Paşinyandan daha çox məsuliyyət daşıyırlar, amma onların ən böyük məsuliyyəti Xocalı, Qaradağlı soyqırımlarında bilavasitə təşkilatçılıq və iştirakılıqla bağlıdır”.

Qabil Hüseynli deyib ki, Xocalı soyqırımı dünyaya tanıda bilsək də, onun icraçılarının ədalət mühakiməsinə cəlb edilməsinə hələlik nail ola bilmirik:

“Onların keçmişi çox ləkəlidir. Onlar Qarabağ münaqişəsinin bilavasitə təşəbbüskarı və hərəkətverici qüvvəsi olublar. Məhz bütün cinayət hadisələri, azərbaycanlılara qarşı qəddar davranışlar, onların həm Ermənistandan, həm də Dağlıq Qarabağdan və onun ətrafındakı 7 rayondan qovulmaları, etnik təmizləməyə məruz qalmaları bu iki şəxsin ən yaxından iştirakı ilə həyata keçirilib.

Ümumiyyətlə, Qarabağ müharibəsi dövründə həlak olan mülki əhalinin və şəhidlərin hamısının qanı bilavasitə bu iki idiotun, bu iki tipin vicdanına yazılıb. Azərbaycanlılara qarşı yol verilən ağlasığmaz cinayət üsulları onların beyinlərinin məhsuludur. Onlar Azərbaycan xalqı qarşısında törətdikləri cinayətlərə görə bilavasitə məsuliyyət daşıyırlar”.

Politoloq bildirib ki, işğal edilmiş ərazilərimizdə maddi mədəniyyət nümunələrinin dağıdılmasının, azərbaycanlıların izlərinin silinməsinin, mülki əhalinin ev-eşiyinin talan edilməsinin sərəncamvericisi də şəxslər olub:

“Bu hərbi canilər, faşist cəlladlar törətdikləri əməllərə görə hər halda gec-tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər