Türk istehsalı olan silah sistemlərinin imkanları azərbaycanlı qardaşlarımızın öz torpaqlarını işğaldan azad etmək mücadiləsində də öz gücünü açıq şəkildə göstərdi. Qəhrəman Azərbaycan Ordusu Vətənin bütövlüyü uğrunda əməliyyatları böyük bir uğurla həyata keçirərək Qarabağı otuz il davam edən Ermənistan işğalından yerli və milli silah sistemlərimizin tətbiqi ilə 44 gündə xilas etdi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin müdafiə sənayesindəki uğurları barədə çıxışında söyləyib.
Hulusi Akar Türkiyənin müdafiə sənayesində böyük nailiyyətlər qazandığını və bu istiqamətdə fəaliyyətin qərarlılıqla davam etdiyini vurğulayıb: "Bu gün yerli və milli silah sistemlərimizin əməliyyatların gedişatındakı həlledici təsirləri bütün dünyada müzakirə olunur və diqqətlə izlənilir".