4 Fevral 2021 15:00
7 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

12:04

Xankəndindəki “dövlət binaları”na Azərbaycan bayraqları asılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Məlumatda Xankəndində Azərbaycan bayraqlarının asılacağı, separatçı rejimin “müdafiə ordusu”nun ləğv olunacağı iddia edilib.

İddia Qarabağdakı separatçılar arasında təşvişə səbəb olub.

Xankəndindəki separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan bəzi media orqanları və sosial şəbəkələrdə yayılmış belə məlumatlarla tanış olduğunu bildirib.

Separatçı ordunun generalı yayılan informasiyanın həqiqəti əks etdirmədiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər