"Bayqar Savunma" şirkətinin rəhbəri, "Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraqdar “Bayraqdar TB2” ilk yerli pilotsuz uçuş aparatı barədə mühüm açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Haluk Bayraqdar sonuncu dəfə “Bayraqdar TB2” PUA-sının əzəmətinin Qarabağ zəfərində müşahidə olunduğunu bildirib.
"Axırıncı dəfə Qarabağ zəfərində şahidi olduq. Əməliyyatlarda 50-dən çox havadan müdafiə sistemi, təxminən 140 tank və yüzlərlə lüləli raket atıcıları məhv edildi. PUA-lar bu baxımdan oyunu dəyişdirən sistemlərdir. "Bayraktar TB2"ni bir saat belə dayandıra bilmədilər. "Bayraktar TB2" hər zaman havadadır", - deyə Haluk Bayraqdar qeyd edib.