Azərbaycan Silahlı Qüvvələri Ağdərə rayonunun Qazançı kəndi ərazisində yenidən irəliləyib.
Teleqraf.com xəbər verir ki, bunu “Sputnik Ermənistan”a bölgədəki separatçıların nümayəndəsi Ayk Baxşıyan deyib.
“Azərbaycanlılar yenidən eyni məsafədə irəliləyiblər”, - Baxşıyan qeyd edib.
Separatçıların digər nümayəndəsi Ruslan Arstamyanın sözlərinə görə, hazırda Rusiya sülhməramlıları və Qarabağdakı qondarma rejimin təmsilçilərinin iştirakı ilə Azərbaycan tərəfi ilə danışıqlar aparılır.
O, hazırda Azərbaycan ordusunun mövqelərinin 500 metrdən bir qədər çox məsafədə yerləşdiyini söyləyib.
Qeyd edək ki, Ermənistan mətbuatı dünən də, Azərbaycan ordusunun Ağdərədə 370 metr irəlilədiyi haqda məlumat yaymışdı.