Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında əlavə su mənbələri ilə bağlı müəyyən qiymətləndirmə işləri aparılır.
Teleqraf.com xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.
O qeyd edib ki, orada əlavə su mənbələri var, Kəlbəcərdə Tərtərçaydan başqa digər çaylar da var: "Kəlbəcərdə Bəsitçay, Həkəriçay, Bazarçay da var. Biz çalışırıq ki, orada suyun toplanması üçün tədbirlər həyata keçirək. Biz bu barədə işlər aparmışıq. Yəqin ki, növbəti həftə hökumətə təqdim edəcəyik. Həkəriçayın suyu təmiz sudur. Bu çayın mənfur qonşularımızdan keçməyən və təmiz su toplanan hissəsində su anbarının tikintisini nəzərdə tuturuq. Orada 130 milyon kubmetr həcmində su anbarı tikmək mümkündür".