23 İyun 2021 11:36
2 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus sülhməramlıları Dağlıq Qarabağın Xocavənd rayonunda (məlumatda Martuni rayonu yazılır) taxıl biçən yerli sakinlərin təhlükəsizliyini təmin edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Biz Martuni rayonunun Martuni qəsəbəsi yaxınlığında, məhz təmas xəttinə yaxın yerdə kənd təsərrüfatı işlərinin təhlükəsizliyini, yəni taxıl yığımını təmin edirik”, - deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Aleksandr Zaytsev bildrib.

Qeyd olunur ki, bu rayonda kənd təsərrüfatının aparıcı sahələri arasında üzümçülük, heyvandarlıq və əkinçilik üstünlük təşkil edir. Bu sahələr yerli əhalini iş yerləri ilə təmin edir.

O da bildirilir ki, rusiyalı minaaxtaranlar əkin kampaniyası başlamazdan əvvəl yerli sakinlərin tarlalarında partlayıcı və partlamamış hərbi sursatların olub-olmadığını yoxlayıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər