8 İyul 2021 15:44
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçtərəfli razılaşmaların reallaşdırılması çərçivəsində həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi ilə təmaslar daimi əsasda davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hər kəs bu razılaşmaların vacibliyi və alternativsizliyi ilə razılaşır. Bu səbəbdən həm Ermənistan, həm də Azərbaycanla təmaslar qurulur", - deyə o qeyd edib.

Rusiya Prezidenti ilə Ermənistanın baş naziri vəzifəsinin icraçısı arasında bir gün əvvəl aparılan danışıqlara gəldikdə isə D.Peskov deyib:

“Bu görüşdə liderlər ikitərəfli münasibətlər barədə ətraflı danışdılar. Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinin və ticari-iqtisadi əməkdaşlığın müxtəlif nüanslarını müzakirə etdilər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər